SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Heç-heçələrə bol tur (CANLI)

Dünən Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə Avropa çempionatının üçüncü turun oyunları keçirildi. 
CANLI 
   Chess.az xəbər verir ki, turnirdə iştirak edən 15 şahmatçımızın qənaətbəxş çıxışı dünən də davam edib. Qitə birinciliyində iştirak edən idmançılarımız hesabat turunda üç qələbə qazanıb, doqquz qarşılaşmanı bərabərliklə başa vurub və yalnız üç qarşılaşmada məğlub olublar. Təəsüf ki, məğlub olanların arasında çempionata çox yaxşı başlayan gənc Aydın Süleymanlı da olub. Aydın danimarkalı şahmatçı Yonas Byerreyə məğlub olaraq, liderlər qrupundan aralı düşdü. İndi şahmatçılarımızın arasında ən yaxşı nəticəyə Qədir Hüseynov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Eltac SəfərliMəhəmməd Muradlı malikdirlər. Aktivlərində 2.5 xalları bu şahmatçılar, hal hazırda turnir cədvəlinin 8-52-ci pillələrini bölüşürlər və onları zirvədən yalnız yarım xal ayırır.   
  Bu gün Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının dördüncü turun oyunlarına start veriləcək.
 Qeyd edək ki,  İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq. Qitə birinciliyinin ümumi mükafat fondu isə 100 000 avro təşkil edir.   

4-cü tur: 
İvan Çeparinov (ECU) - Misrətdin İsgəndərov 

Merab Qaqunaşvilli (Gürcüstan) - Qədir Hüseynov 
Samvel Ter-Saakyan (Ermənistan) - Məhəmməd Muradlı  
Abdulla Qədimbəyli - Aleksandr İndyiç (Serbiya) 
Eltac Səfərli - Tamas Petenye (Sloveniya) 
Əhməd Əhmədzadə - Kirill Şevçenko (Ukrayna)
Emil Mirzoyev (Ukrayna) - Nicat Abbasov
Mert Yılmazyerli (türkiyə) - Vasif Durarbəyli 
Aydın Süleymanlı - Ori Koçavi (İsrail) 
Robert Hovannesyan (Ermənistan) - Şahin Vəliyev 
Vitaliy Bernadskiy (Ukrayna) - Read Səmədov
Vüqar Əsədli - İoanis Kaloqeris (Yunanıstan)
Yevgenios İonnidis (Yunanıstan) - Qövhər Beydullayeva 
Murad İbrahimli - Roy Vaqman (İsrail)
Yorgen Henseler (Nederland) - Toğrul Həsənzadə


3-cü tur: 
Yonas Byerre (Danimarka) - Aydın Süleymanlı 1:0

Qədir Hüseynov - Arseniy Nesterov (FİDE) 1:0
Vasif Durarbəyli - Emil Mirzoyev (Ukrayna) 1:0
Misrətdin İsgəndərov - Qabriel Sarqissyan (Ermənistan) 0.5:0.5
Nicat Abbasov - Mamikon Qaribyan (Ermənistan) 0.5:0.5 
Luka Budesavlyeviç (Serbiya) - Eltac Səfərli 0.5:0.5
Məhəmməd Muradlı - İvan İvanişeviç (Serbiya) 0.5:0.5
Qereqeli Kantor (Macarıstan) - Abdulla Qədimbəyli 0.5:0.5
Əhməd Əhmədzadə - Dorian Dalaud (Fransa) 1:0
Yatsek Jved (Polşa) - Vüqar Əsədli 0.5:0.5
Read Səmədov - Vladislav Qarskiy (Ukrayna) 0.5:0.5
Ori Koçavi (İsrail) - Murad İbrahimli 1:0
Qövhər Beydullayeva - Nderim Saraci (Kosovo) 0.5:0.5
Toğrul Həsənzadə - Erik Blomqvist (İsveç) 0:1

Şahin Vəliyev - Zan Tomazini (Sloveniya) 1:0

2-ci tur: 
Aydın Süleymanlı - Anton Korobov (Ukrayna) 1:0

Kristofer Noy (Almaniya) - Qədir Hüseynov 0.5:0.5
Samvel Ter-Saakyan (Ermənistan) - Əhməd Əhmədzadə 1:0

Yevgenios İonnidis (Yunanıstan) - Vasif Durarbəyli 0.5:0.5
Abdulla Qədimbəyli - R.M.Santos (İspaniya) 1:0
Adrian Demut (Fransa) - Nicat Abbasov 0.5:0.5

Robert Hovanesyan (Ermənistan) - Read Səmədov 0.5:0.5
Eltac Səfərli - Yakob Kosakovski (Polşa) 1:0

Murad İbrahimli - Denis Vaqner (Almaniya) 0:1
Misrətdin İsgəndərov - Tornike Sanikidze (Gürcüstan) 1:0
Zala Urh (Sloveniya) - Məhəmməd Muradlı 0:1
Urban Zupançiç (Sloveniya) - Qövhər Beydullayeva 0:1
Daniel Dardha (Rumıniya) - Toğrul Həsənzadə 1:0

Vüqar Əsədli - Zoe Varne (İngiltərə) 1:0
David Murko (Sloveniya) - Şahin Vəliyev  0:1


1-ci tur: 
Qədir Hüseynov - Karolis Yuksta (Litva) 1:0 
Read Səmədov - L.C.Santos (İspaniya) 0.5:0.5 
Nicat Abbasov - Teodor Kennskoq (İsveç) 1:0 
Vasif Durarbəyli - Yuav Milikov (İsrail) 1:0 
Qövhər Beydullayeva - İvan İvanişoviç (Serbiya) 0:1
Toğrul Həsənzadə - Vladimir Baklan (Ukraina)  0.5:0.5 
Ori Tayçman (İsrail) - Eltac Səfərli 0:1 
Yovana Erik (Serbiya) - Vüqar Əsədli 1:0  
Boqdan Bilovil (Ukrayna) - Misrətdin İsgəndərov 0:1 
Məhəmməd Muradlı - Matek Nareks (Sloveniya) 1:0 
Neyk Hereqa (Sloveniya) - Aydın Süleymanlı 0:1 
Əhməd Əhmədzadə - Tamas Tanska (Macarıstan) 1:0 
Fatmir Qorri (Kosovo) - Abdulla Qədimbəyli 0:1 
Şahin Vəliyev - Murad İbrahimli 0:1

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss