SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Azərbaycan şahmatçılarının uğurlu çıxışı davam edir (CANLI)

Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. 
CANLI 
   Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin altıncı turun oyunları keçirildi. Dünənki turu da, beşinci tur kimi şahmatçılarımız üçün uğurlu adlandırmaq olar. Xüsusilə Abdulla Qədimbəyli ilə Misrətdin İsgəndərovu fərqləndirmək yerinə düşərdi. Qara fiqurlarla mübarizə aparan hər iki şahmatçı, reytinq baxımından özlərindən xeyli üstün görünən şahmatçılar üzərində qələbə qazanaraq, çempionluq iddialarına davam etdilər. Abdulla ukraynalı Anton Korobovu, Misrətdin isə rumınların şahmat ümidi sayılan gənc Boqdan-Daniel Deakı üstələyiblər.  
 Turnir cədvəlinə gəlincə, keçirilmiş altı turdan sonra, çempionatda iştirak edən 15 şahmatçılarımızdan ən yaxşı nəticəyə elə yuxarıda söz etdiyimiz Qədimbəyliyə malikdir. Abdulla hazırda 5 xalla turnir cədvəlinin 2-6-cı yerlərini bölüşür və yarışın lideri olan alman Matias Blubaumdan cəmi yarım xal geri qalır. Çempionluq mübarizəsindən qopmayan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Eltac Səfərli  Vasif Durarbəyli 4.5 xalla liderlər qrupunu yaxından izləyirlər və hər an zirvəyə doğru sıçrayış etməyə hazırdırlar.   
  Bu gün Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının yeddinci turun oyunlarına start veriləcək.
 Qeyd edək ki,  İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq. Qitə birinciliyinin ümumi mükafat fondu isə 100 000 avro təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss