SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Bravo Abdulla Qədimbəyli! (CANLI)

Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. 
CANLI 
   Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin doqquzuncu turun görüşləri keçirildi. Sevindirici haldır ki, qitə birinciliyində iştirak edən şahmatçılarımızın uğurlu çıxışı dünən də davam edir. Onlardan xüsusilə Abdulla Qədimbəylini fərqləndirmək yerinə düşərdi. Abdulla dünən yarışın reytinq favoriti olan çexiyalı David Navaranı da məğlub edərək, xallarının sayını 7-yə çatdırıb və çempionluq uğrunda mübarizəni davam etdirdi. Qədimbəyli hal-hazırda fransız Maksim Laqrad və erməni Qabriel Sarqisyanla birlikdə turnir cədvəlinin 2-4-cü pillələrini bölüşür. Abdulladan yarım xal geri qalan Qədir Hüseynov, Misrətdin İsgəndərov, Vasif Durarbəyli və Nicat Abbasov  dördüyü də medallar uğrunda mübarizəni davam etdirilər. Yarış cədvəlinə isə aktivində 7.5 xalı olan almaniyalı Matias Blubaum başçılıq edir. 
  Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının onuncu turun oyunları start götürəcək. Qeyd edək ki,  İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss