SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Əhsən uşaqlar!

Bu gün Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə şəxsi Avropa çempionatının sonuncu turun oyunları keçiriləcək.  
CANLI 
   Təəsüf ki, azarkeşlərimizin böyük həyacanla izlədiyi qitə birinciliyinin sonunda azərbaycanlı şahmatçının çempionluğuna sevinə bilməyəcəyik. Baxmayaraq ki, buna çox yaxın idik. Dünənə qədər çempionluğa ən yaxın olan gənc Abdulla Qədimbəyli erməni rəqibi Qabriel Sarqisyana məğlub olaraq bu şanslarının üzərindən xətt çəkmiş oldu. Amma buna baxmayaraq istər Abdulla, istərsə də Misrətdin İsgəndərov və digər şahmatçılarımızın Avropa çempionatında çıxışlarına böyük alqış düşür. Əhsən! Çempionat boyu güclü rəqibləri ilə ən azından başa baş mübarizə aparan Azərbaycan şahmatçıları son turda da uğurlu çıxış edəcəklərinə ümid edirik. Unutmayaq ki, Avropa çempionatında ilk 23 yeri tutan şahmatçı 2023-cü ildə keçiriləcək Dünya Kubokuna birbaşa vəsiqə qazanacaqlar.   
  Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının sonuncu turun oyunları start götürəcək. 



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss