SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2022: Son çempion çempionata qələbə ilə başladı (CANLI)

Dünən qadın şahmatçılar arasında ölkə çempionatı start götürdü.

CANLI

  Chess.az xəbər verir ki, ilk turda son ölkə çempionu Gülnar Məmmədova Türkan Məmmədyarova, Gövhər Beydullayeva Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva Xəyalə Abdulla, Ləman Hacıyeva isə Xanım Balacayevaya qarşı mübarizə aparıblar. İlk tur kifayət qədər məhsuldar alındı. Yalnız bir oyunda bərabərlik qeydə alındı. Ülviyyə Fətəliyeva ilə Xəyalə Abdulla arasında keçirilən partiyada qalib müəyyənləşmədi. Digər qarşılaşmalara gəlincə, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva ilk oyunlarını qələbə ilə başa vurublar. 
   Qeyd edək ki, müstəqil Azərbaycan tarixində qadınlar arasında 31-ci ölkə çempionatının ümumi mükafat fondu 11 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4000 manat pul mükafatı qazanacaq.Bu dəqiqələrdə ölkə birinciliyinin ikinci turuna start verilib.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss