SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gürcüstanda orta məktəblərdə şahmat fənni məcburi oldu

Gürcüstanda şagirdlər birinci sinifdən məcburi fənn kimi şahmatla məşğul olacaqlar. 

Chess.az 24News.ge saytına istinadən xəbər verir ki, bu barədə qərarı təhsil və elm naziri Mixeil Çxenkeli açıqlayıb. Nazirin qərarına əsasən, şahmatın məcburi fənn kimi öyrənilməsinə 2022-2023-cü ilin tədris ilindən başlanılacaq. Bildirilib ki, yeni tədris ilinə qədər müəllim hazırlığı və təlim resurslarının təşkili baxımından Milli Şahmat Federasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlıq işləri aparılacaq. Qeyd edək ki, şahmatın təhsil sistemində tətbiqi Avropa İttifaqının 2012-ci ildə qəbul etdiyi bəyannamədə nəzərdə tutulub.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss