SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov artıq İspaniyadadır. "İddiaçılar Turniri" başlayır

Sabah start götürəcək "İddiaçılar turniri 2022"-nin iştirakçıları artıq İspaniyanın paytaxtı Madrid şəhərinə gəlməkdədirlər. 

   Chess.az xəbər verir ki, "İddiaçılar Turniri 2022"-də iştirak edəcək yeganə azərbaycanlı şahmatçı Teymur Rəcəbov da, artıq dünəndən Madriddədir. Şahmatçı özü bu haqda öz Tvitter hesabından xəbər verib.

  Qeyd edək ki, Rəcəbov turnirdə FİDE-nin ona təqdim etdiyi "Wild Card" (FİDE-nin xüsusi dəvəti) sayəsində çıxış edəcək. Bu da təsadüfi deyil. Xatırladaq ki, 2019-cu ildə Dünya kubokunda qələbə qazanaraq "İddiaçılar turniri 2020"-də iştirak etmək hüququnu qazanan Rəcəbov, məlum qalmaqaldan sonra orada çıxış edə bilməmişdir. 2020-ci ilin əvvəlində Koronavirus pandemiyasının sürətlə yayılmasını səbəb göstərən şahmatçımız, FİDE-yə turniri təxirə salmağı təklif etmişdir. Lakin FİDE onun bu təklifinə nəinki müsbət cavab verdi, Rəcəbovun turnirdə iştirak etməkdən imtina etdiyini bəyan edərək tez tələsik qrossmeysterimizin yerinə turnirə fransız Maksim Vaşye-Laqrafı dəvət etmişdir. Sonradan hamı Rəcəbovun nəcə də haqlı olduğunu gördü. Rusiyada təşkil edilən "İddiaçılar Turniri 2020", ölkədə sanitar-epidemiolojı vəziyətin getdikcə pisləşəmsi səbəbindən yarımçıq dayandırlmışdır. Vəziyət o yerə çatmışır ki, bütün dünyada aviareyslərin sürətlə ləğv edilməsi səbəbindən turnirə gələn şahmatçılar öz evlərinə belə qayıda bilmirdilər. Məhz bundan sonra bütün şahmat ictimaiəti FİDE-nin vaxtında Rəcəbova qulaq asmalı olduqlarını önə çəkərək onları tənqid atəşinə tutmuşdur və FİDE-dən Teymura qarşı edilən haqsızlığı aradan qaldırılmasını tələb etmişdirlər. Rəcəbovla olan məsələdə səhv olduğunu anlayan Ali şahmat qurumu, ədaləti bərpa etmək üçün Teymur Rəcəbova növbəti turnir üçün "Wild Card" təklif etdi və tərəflərin ümumi razılığı əsasında Rəcəbov "İddiaçılar Turniri 2022"-nin ilk iştirakçısı olmuşdur.
  İyunun 17-də start götürəcək iki ilin ən böyük yarışında Rəcəbovun rəqibləri çinli Dinq Liren, Fransanı təmsil edən Əlirza Firuzca, ameriaklı şahmatçılar Fabiano KaruanaHikaru Nakamura, FİDE-ni təmsil edəcək (Rusiyaya qarşı tətbiq edilən sanksiyalar üzündən öz bayrağı altında çıxış etməkdən məhrumdur) son "İddiaçılar turniri"-nin qalibi Yan Nepomnyaşiy, macar Riçard Rapport və polyak Yan-Kşıştof Duda olacaqlar. Dairəvi sistem üzrə keçiriləcək yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. İlk turda Rəcəbovun rəqibi Əlirza Firuzca olacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss