SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Günay Polşada turnirin qalibi olub və dünya reytinqində altı pillə yüksəldi

Polşanın Bıqdoşe şəhərində ölkənin mərhum prezidenti Lex Kaçinskinin xatirəsinə həsr olunmuş 7-ci Beynəlxalq Şahmat Festivalının çərçivəsində keçirilən qadınlar arasında turnirə yekun vuruldu. 


   Chess.az xəbər verir ki, son tura vahid lider qismində girən həmyerlimiz Günay Məmmədzadə yarışın son turunda güclü ukraynalı rəqibi Mariya Muzıçyukla bərabərə qalaraq turnirin qalibi adını qazandı. Altı xalla birinci olan Günayın ardından 5.5 xalla Polşanı təmsil edən Alina Kaşlinskaya  bolqar Antoaneta Stefanova müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Günayın qazandığı qələbə onu dünya reytinq sıralamasında da xeyli qabağa aparıb. Belə ki, bu yarışın nəticələrinə uyğun olaraq öz reytinqinə 11.3 punkt əlavə edən Məmmədzadə, ELO balını 2466 xala çatdıraraq qadınların dünyada reytinq sıralamsının 27-ci pilləsindən 21-ci yerə yüksəlib.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss