SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şah yenidən TOP-10-da!

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

   Avqust ayına olan reytinq listdə milli komandamızın üzv Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək yenidən TOP-10-a daxil oldu. 2758 xalı olan Məmmədyarov hal hazırda 10-cu pillədə qərarlaşıb. Ötən ay "İddiaçılar turnirində" inamlı çıxışı ilə yadda qalan digər şahmatçımız Teymur Rəcəbov də irəliləyib. Üç pillə irəliləyən Teymur hal hazırda 2747 xalla 15-ci yerdə qərarlaşıb.
   TOP-100-də Azərbaycan daha iki şahmatçı ilə təmsil olunur. Belə ki, Qədir Hüseynov 2668 xalla 78-ci, Rauf Məmmədov isə 2656 xalla 93-cü pillədə qərarlaşıblar.
   Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Çinli Liren Dinq ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşiy isə üçüncü yerdədir.
   Qadınların reytinq cədvəlində şahmatçılarımızdan Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva 2413 xalı ilə 41-ci, Gülnar Məmmədova isə 2380 xalla 68-ci pillələrdə yer alıblar. Qadınların reytinq cədvəlinə həmişəki kimi çinli Xu Yifan (2650) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina ikinci, daha bir çinli Yu Venjun isə üçüncü pillədə qərarlaşıblar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss