SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Olimpiadası: Qızlarımızın zəfəri davam edir. Kişilər 27-ci pilləyə endi (CANLI)

(Foto: Lana Əfəndiyeva)

Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. 



  Dünən olimpiadanın beşinci turun oyunları keçirildi. Təəsüf ki, kişilərdən ibarət yığma komandamız ardıcıl iki turdur azarkeşlərimizi sevindirə bilmir. Dördüncü turda Türkiyə yığması ilə bərabərə qalan komandamız, dünən Kuba yığmasına 1.5:2.5 hesabı ilə məğlub oldu. Ardıcıl xal itkilərindən sonra, yarışın əsas favoritlərində biri hesab olunan Azərbaycan komandası turnir cədvəlini 27-ci pilləsinə yuvarlanıb. 
  Kişilərdən ibarət yığmamızın uğursuz çıxışının fonunda qadınlarımız azarkeşlərimizi sevindirməkdə davam edir. Dünən qızlarımız güclü Ukrayna yığması ilə gərgin mübarizədə bərabərə qalaraq, medallar uğrunda mübarizəni davam etdirdi. Azərbaycan komandası beş turdan sonra 9 xalla yarış cədvəlinin 4-6-cı pillələrini bölüşür.  
  Bu gün Bakı vaxtı ilə saat 13:30-da Şahmat Olimpiadasının altıncı turun oyunları start götürəcək. Kişilərdən ibarət yığma komandamız Slovakiya, qızlarımız isə güclü Qazaxıstan yığması ilə üz üzə gələcək. 

6-cı tur:
KİŞİLƏR
SLOVAKİYA - AZƏRBAYCAN
QADINLAR
AZƏRBAYCAN - QAZAXISTAN 


5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA 1.5:2.5

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 2:2 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss