SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Olimpiadanın ulduzu - Dommarahu Qukeş (DOSYE)

Hindistanda davam edən 44-cü Ümumdünya Şahmat Olimpiadasında hamı bir ağızdan bir şahmatçı haqqında danışır.

   Söhbət Hindistan-2 komandasının birinci taxtasında çıxış edən 16 yaşlı Dommarahu Qukeşdən gedir. 2006-cı ilin may ayının 29-da məhz Çennay şəhərində dünyaya göz açan Qukeş, bu il 16 yaşını qeyd edib.      Onun 44-cü olimpiadada doğma şəhərində göstərdiyi performansı sadəcə möhtəşəmdir. Qukeş bugünədək olimpiadada keçirdiyi səkkiz oyunun hamısında qalib gələrək, şahmat tarixində çox nadir rast gəlinən uğura imza atmış oldu. Onu oxşar uğura imza atmış şahmatçılardan fərqləndirən cəhət isə ondan ibarətdir ki, o bütün oyunlarını və müvafiq olaraq qələbələrini birinci taxtada qazanıb. Bu oyunlarda Qukeşin qurbanları BƏƏ təmsilçisi Omran Al Hossani, estoniyalı Kalle Kiik, İsveçrəni təmsil edən Niko Georgiadis, italyan Daniel Vokutaro, İspaniyanı təmsil edən Aleksey Şırov, erməni Qabriyel Sarqisyan, kubalı Kabrera AlbornozABŞ təmsilçisi Fabiano Karuana olmuşdurlar. 
   İlk turlarda nisbətən zəif rəqibləri nəzərə almasaq, Qukeş kifayət qədər güclü şahmatçılar üzərində qələbə qazandığını görürük. Təsadüfi deyil ki, onun bu Olimpiadada göstərdiyi reytinq performansı 3366 ELO xalına bərabərdir. Bu sadəcə fantastikadır!!! Bu arada söhbət reytinqdən düşmüşkən, gənc şahmatçı olimpiadanın gedişində reytinq xalını 30 punkt artırmaqla 2700-lər klubuna girməyi və artıq dünya reytinqinin TOP-20-nə daxil olmağı bacardı. Dommarahu Qukeş hal hazırda 2729.1 xalla dünya reytinq sıralamasının 20-ci pilləsində qərarlaşıb. 
  Qukeş 2019-cu ildə, cəmi 12 yaş 7 ay və 17 günlük olan qrossmeyster tituluna yiyələnmişdir.  Atası cərrah, anası isə mikrobioloq olan Dommarahu yeddi yaşında şahmatla məşqul olmağa başlayıb və cəmi 5 ilə qrossmeyster olmağı bacaran nadir şahmatçılardandır. U-10, U12 və U14 yaş kateqoriyalarında saysız hesabsız uğurları olan şahmatçının "böyük arenada" hələ ki, yadda qalan bir uğuru yoxdur. Amma indi Qukeş və onun çıxış etdiyi Hindistan-2 komandası Olimpia medallarına çox yaxındır və bu mümkün uğur onun hələ yeni başlayan karyersında ən böyük uğuru olacaq. Daha öncə də qeyd etdiyimiz kimi, sabah olimpiadanın 9-cu turunda Qukeşin komandası yığmamızın rəqibi olacaq. Qukeşin sabahkı rəqibi isə, böyük ehtimalla yığmamızın birinci taxtası olan Şəhriyar Məmmədyarov olacağını təhmin etmək olar. Ümid edək ki, məhz Məmmədyarov 16 yaşlı şahmatçının qələbə seriyasını qırmaqla yığmamıza lazım olan qələbəni qazandıracaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss