SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Hər iki cəbhədə ermənilərlə döyüş var! (CANLI)

Bu gün Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadasının 10-cu turun oyunları keçiriləcək.  



   Dünənki turu hər iki yığmamız üçün uğurlu hesab etmək olar. Kişilər güclü Hindistan-2 yığması ilə bərabərə qaldı 2:2, Şəhriyar Məmmədyarov Qukeşin qələbə seriyasına son qoydu, qızlarımız isə bu çempionatda stabil oyun göstərən güclü Monqulustan yığmasını məğlub etməyi bacardıalr. 

  Beləliklə doqquz turdan sonra, hər iki kollektivimizin aktivində 14 xalı var və hər iki komandamızı mükafat yerlərindən cəmi bir xal ayırır (yarışda qələbəyə görə 2, heç-heçəyə görə 1 xal verilir). Əminliklə söyləmək olar ki, Azərbaycan ilk olimpia medallarına çox yaxın olduğundan son iki turda daha əzmlə mübarizə aparacaq. Ümid edək ki, sonda hər iki komandamız bu tarixi uğura nail olacaq və Azərbaycana ilk olimpia medallarını qazandıracaqlar.  Bunun üçün ilk öncə hər iki komandamız bu gün olduqca çətin sınaqdan keçməlidir. Püşk hər iki yığmamıza Ermənistan komandalarını qismət etdi. Belə rəqiblə oyunlarda motivasiya və psixoloji vəziyyət olduqca önəmlidir. Bundan əlavə şahmatçılar öz üzərilərində əlavə məsuliyyət və təzyiq hiss edəcəklər. Özü də bu hər iki ölkənin şahmatçılarına aiddir. Amma nəzərə alaq ki, son illər, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra, erməni şahmatçılar bizimkilərə daha çox məğlub olurlar və bu onun göstəricisidir ki, həm mənəvə həm psixoloji cəhətdən biz onlardan daha üstünük. 
  Bu gün saat 13:30-dan etibarən olduqca maraqlı Azərbaycan-Ermənistan matçlarını izləyib yığma komandalarımıza dəstək verməyə unutmayın!   
  Qeyd edək ki, Olimpiada İsveçrə sistümi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Şahmat olimpiadasına yekun avqustun 9-da vurulacaq. 


10-cu tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ERMƏNİSTAN
QADINLAR
ERMƏNİSTAN - AZƏRBAYCAN 


9-cu tur:
KİŞİLƏR
HİNDİSTAN-2  - AZƏRBAYCAN 2:2
QADINLAR
AZƏRBAYCAN - MONQOLUSTAN 2.5:1.5 


8-ci tur:
KİŞİLƏR
QAZAXISTAN - AZƏRBAYCAN 1.5:2.5
QADINLAR
RUMINİYA - AZƏRBAYCAN 2:2 


7-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - İSRAİL 3:1
QADINLAR
AZƏRBAYCAN - HİNDİSTAN 1.5:2.5 


6-cı tur:
KİŞİLƏR
SLOVAKİYA - AZƏRBAYCAN 1:3
QADINLAR
AZƏRBAYCAN - QAZAXISTAN 3:1 


5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA 1.5:2.5

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 2:2 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss