SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov: "Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi"

Çexiyada şəxsi Avropa çempionatında gümüş medal qazanan Günay Məmmədzadə və qitə çempionatında iştirak edən digər şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlama verib.

  M.Məmmədov: "Mən Hindistandakı Şahmat Olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən Olimpiadada çox uğurlu çıxış etdik. Qadın şahmatçılardan ibarət millinin son turadək çempionluq şansı vardı. Son turun 2 saatı keçəndən sonra elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik. Olimpiada çox ağır turnir idi. Çexiyada şəxsi Avropa çempionatı güclülərin iştirak etdiyi samballı yarışdı. Belə yarışda uğurlu çıxış etməyin qiyməti çox dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı".

 "Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi".

Mahir Məmmədovun sözlərinə görə, qadın şahmat millisinin uğurları hələ qabaqdadır: "Azərbaycan şahmatçıları dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır".
  Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 7 qadın şahmatçısı mübarizə aparıb. Bunlardan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss