SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Günay Məmmədzadə: "İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur"

Vətənə qayıdan şahmat üzrə şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, hava limanında jurnalistlərlə söhbətində Avropa çempionatındakı təəssüratlarını və Şuşada keçiriləcək yarış haqqında öz fikirlərini bölüşüb.

 “Avropa çempionatında medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım. Hindistandakı Şahmat Olimpiadasından sonra digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən yarım xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam. Mənim üçün qalib olan Monika Soçko ilə partiya çətin oldu. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl iki erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qazandığım qələbə gümüş medalı qazanmağımda rol oynadı”.
    Şahmatçı növbəti yarışının bu ay Şuşada keçiriləcək beynəlxalq şahmat turniri olacağını qeyd edib:
“Bu yarışda iştirak etmək çox həyəcanverici, inanılmaz hissdir. İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur. 2-10 oktyabrda isə Avstriyanın Mayrhofen şəhərində klublararası Avropa çempionatı keçiriləcək. İnanıram ki, oradan da qələbə ilə Vətənə geri dönəcəyik. Əsas məqsədim Dünya Kubokunda yer tutaraq İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir”, - deyə Günay Məmmədzadə əlavə edib.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss