SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Shusha Chess 2022” Chess24.com-un canlı yayımında!

Xəbər verdiyimiz kimi 21-25 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Shusha Chess 2022” beynəlxalq şahmat turniri start götürəcək.

  Chess.az xəbər verir ki, artıq turnirə hazırlıq işləri başa çatmaq üzrədir. Bu gün turnirin hansı platforma üzərindən canlı yayımlanacağı da məlum oldu. Beləliklə, Şuşa şəhərində yerləşən “Qarabağ” otelində keçirilməsi planlaşdırılan turnir, dünyanın ən böyük şahmat canlı yayımı platformalarından biri hesab olunan Chess24.com saytı vasitısilə yayımlanacaq. Yayım həm canlı taxtalar üzrə, həm də iki dildə (ingilis, azərbaycan) video formatda təşkil olunacaq. 

  Qeyd edək ki, bu turnir nəinki Şuşada, ümumilikdə Qarabağda FİDE bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat turniri olacaq. Yarış şahmatın rapid və blitz növləri üzrə oynanılacaq.  
CANLI YAYIM LİNKİ:скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss