SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nurgül Səlimova:"Təəsüf ki, Şuşa turnirinə qatıla bilmədim" (EKSKLÜZİV)

Xəbər verdiyimiz kimi sentyabrın 21-də Şuşada start götürəcək "Shusha Chess 2022” turnirinin iştirakçıları arasında dəyişiklik edilmişdir.

   Chess.az xəbər verir ki, ilkin siyahıda bolqarıstanlı gənc şahmat ulduzu Nurgül Səlimovanın adı olsa da, sonradan onun adı Gürcüstan yığmasının üzvü Meri Arabidzedi ilə əvəzlənmişdir. 
  Chess.az saytı şahmatçının özü ilə əlaqə saxlayıb və onun turnirə qatılmamaq səbəbini öyrənmyə çalışıb.  Müxbirimizn suallarını cavablandıran Nurgül Səlimova bunları deyib: "Bölgədəki son hadisələr səbəbindən təəsüf ki, Şuşa turnirinə qatıla bilmədim. Təşkilatçılara da bununla bağlı açıqlama vermişəm. Ümid edirəm ki, hər kəs üçün uğurlu bir turnir olacaq".
  Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində Şuşa şəhərində keçiriləcək. Bu turnir Şuşa və ümumilikdə Qarabağda FİDE bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat turniri olacaq. Yarış şahmatın rapid və blitz növləri üzrə oynanılacaq.  
   “Shusha Chess 2022” iki kateqoriya üzrə keçiriləcək. Kişilər və qadınlar arasında. Hər kateqoriyada 10 şahmatçı mübarizə aparacaq.
   Kişilərin yarışında Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Vasif Durarbəylidən başqa, çinli Vanq Xao, hindistanlı Santoş Gujrathi Vidit, iranlı Parham MaqsudluTürkiyə çempionu Mustafa Yılmaz və əfsanəvi özbək şahmatçı Rüstəm Kasımcanov iştirak edəcəklər.
    Qadınların turnirində isə, milli komandamızın üzvləri Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva ilə yanaşı Gürcüstan şahmatçıları Nana Dzaqnidze və Meri Arabidze, israilli Marsel Efroimski, polşalı Jolanta Zavadzka  Türkiyə çempionu Kübra Öztürk Örenli mübarizə aparacaqlar.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss