SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azər Əliyev: “Shusha Chess turnirinin FIDE-nin təqviminə daxil olunacağına ümid edirəm".

Şuşa, 21 sentyabr, Səxavət Quliyev, AZƏRTAC

Hər birinizi Qarabağda salamlamaqdan şadam. Qədim Şuşada 9 ölkədən şahmatçıları qəbul etmək bizim üçün çox xoşdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev bildirib.
Şuşanın 2020-ci ildə düşmən işğalından azad edildiyini xatırladan A.Əliyev deyib: “Artıq Şuşa ikinci beynəlxalq idman yarışına ev sahibliyi edir. Cari ildə Şuşada “Əziz Şuşa” adlı velosiped yarışı keçirilmişdi. Ümid edirəm ki, "Shusha Chess" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil ediləcək və hamı Şuşanın yenidən qurulmasının şahidi olacaq”.
Qeyd edək ki, şahmat turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss