SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Shusha Chess 2022": Şəhriyar və Arabidze liderlik edirlər

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turniri həlledici mərhələyə qədəm qoyur.



  Chess.az xəbər verir ki, bu dəqiqələrdə keçirilən Blitz turnirinin sonunda Şuşada və ümumilikdə Qarabağda FİDE bayrağı altında keçirilən ilk rəsmi beynəlxalq şahmat yarışının qalibləri məlum olacaq. Hal hazırda Blitz turnirinin 15-cİ, ümimilikdə isə 24-cü turun partiyalarına start verilib.

  Keçirilmiş 23 turdan sonra kişilərin yarışına 24.5 xalla həmyerlimiz Şəhriyar Məmmədyarov başçılıq edir. Şəhriyar ən yaxın izləyici olan iranlı Parham Maqsudlunu iki xal qabaqlayır. 
 Qadınların yarışında isə Gürcüstan şahmatçılarının hegemonluğu müşahidə olunur. Belə ki, aktivində 21 xalı Meri Arabidze yarışın lideridir, ondan cəmi yarım xal geri qalan daha bir gürcü Nana Dzaqnidze isə ikinci pillədə qərarlaşırb Onların ən yaxın izləyicisi olan Türkiyə şahmatçısı Kübra Öztürk Örənlidinin aktivində isə 18 xal var.  
 Qeyd edək ki, turnir dünyanın ən böyük şahmat canlı yayımı platformalarından biri hesab olunan Chess24.com saytı vasitəsilə canlı yayımlanır.   
CANLI (KİŞİLƏR):

CANLI (QADINLAR):скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss