SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus Karlsen: "Düşünürəm ki, Niman boynuna aldığından daha çox dələduzluq edib"

Ötən ay ABŞ-da keçirilən Sent-Lyuis şahmat festivalında Maqnus Karlsenlə Hans Niman arasında  yaşanan qalmaqal səngimək bilmir. 

      Xatırladaq ki, sözügedən turnirin üçüncü turunda amerikalı şahmatçı Hans Niman dünya çempionu Maqnus Karlsenə heç bir şans verməyərək onu qara fiqurlarla məğlub etmişdi.        

Partiyadan sonra Maqnus Karlsen açıqlama verməsə də, sosial şəbəkələrdə etdiyi paylaşımında bu məğlubiyyətində qeyri adi nəyinsə olduğuna işarə vurmuşdu. Maqnus məşhur futbol məşqçisi Joze Maurinyodan sitat gətirərək: "Danışa bilmərəm, danışsam böyük problemlərim olacaq" ifadəsini işlətmişdir.
    Artıq həmin hadisədən bir aydan artıq vaxt ötüb. Bu məsələ ətrafında xeyli danışılıb və nəhayət ki, Karlsen qalmaqalla bağlı ilk rəsmi açıqlamasını verdi. Maqnus Karlsen açıq şəkildə Hans Nimanı "çitterlikdə" ittiham edib: "Keçmişdə dələduzluq edən adamlarla oynamaq istəmirəm. Çünki gələcəkdə onların nəyə qadir olduqlarını bilmək olmaz".
     Fikirlərinin davamında dünya çempionu bütün məsələlərə aydınlıq gətirib: "Sinquefield Cup"-da mən çox ciddi qərar qəbul etdim. Nimanla partiyadan sonra turnirdəki çıxışımı yarımçıq dayandırmaq qərarına gəldim. Bir həftə sonra "Cheampions Chess Tour" onlayn şahmat turnirində cəmi bir gediş edib oyunu tərk etdim. Mən bu hərəkətimlə şahmat ictimaiyyətini üzdüyümü anlayıram. Buna görə üzgünəm. Amma mən şahmat oynamaq istəyirəm. Mən davam etmək istəyirəm, ən yüksək səviyyəli yarışlarda yüksək səviyyədə çıxış etmək istəyirəm. Düşünürəm ki, şahmatda dələduzluq böyük problemdir və bu oyun üçün təhlükədir. Yarış təşkilatçıları da bundan sonra daha diqqətli olmalıdır. Çitterliyə qarşı tədbirlər gücləndirilməlidir. Təşkilatçılar Nimanı son anda yarışa dəvət edəndə mən oynamaqdan imtina etmək istəyirdim. Amma sonra düşünüb yarışda iştirak edəcəyimə qərar verdim. Düşünürəm ki, Niman boynuna aldığından daha çox dələduzluq edib. Onun inkişafı qeyri adididr. O mənimlə oyunda gərgin deyildi və hətta oyuna köklənməmişdir. O məni qara fiqurlarla elə məğlub edirdi ki, sanki bunu bir dəstə qrossmeyster birləşib bir yerdə edirdi. Açıq elan edirəm. Mən Nimanla oynamaq istəmirəm! Ümid edirəm ki, məsələ ilə bağlı bütün həqiqətlər tezliklə ortaya çıxacaq". 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss