SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Namiq Quliyevin tələbəsi Dünya çempionu oldu

Dünən Gürcüstanın Batumi şəhərində 8-10 və 12 yaşlı şahmatçılar arasında dünya çempionatı başa çatdı.
 
 Chess.az xəbər verir ki, dünya birinciliyində 50 dən çox ölkədən ümumilikdə 747 şahmatçı mübarizə aparıb. Azərbaycan da bu çempionatda təmsil olunub. Ölkəmiz DÇ-a 19 şahmatçı ilə yollanmışdır. Təəsüf ki, təmsilçilərimizdən heç biri medal qazana bilməyib. Şahmatçılarımızın arasında ən yaxşı nəticəni 12 yaşadək qızların mübarizəsində 7-ci olan Xanım İsmayılova və oğlanların U-12 kateqoriyasında 9-cu olan Xaqan Əhməd göstərdilər. Digər 17 şahmatçımız isə, nəinki ilk onluqa, heç ilk iyirmiliyə düşə bilməmişdilər.
 Şahmatçılarımızın o qədər uğurlu çıxış etmədiyi DÇ-da az da olsa sevinməyə səbəbimiz tapıldı. Belə ki, Fransada yaşayan və orada məşqçilik fəaliyyəti ilə məşğul olan yığma komandamızın keçmiş üzvü Namiq Quliyevin bir tələbəsi Dünya çempionu adına yiyələndi. David Lacan Rus oğlanların U-10 yarışında
11 oyunda 9 xal toplayaraq Dünya çempionu adını qazandı. Qeyd edək ki, David Namiq Quliyevin çalışdırdığı "C'Chartres Echecs" klubunun tələbəsidir.
  Xatırladaq ki, Namiq Quliyev hazırda Fransada yaşayan və o ölkəni təmsil edən dünyanın ən güclü şahmatçılarından biri olan Əlirza Firuzcanın da məşqçilər korpusunda yer alır. 












скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss