SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İki klubumuz Avropa kubokunda iştirak edəcək

Avropa Şahmat İttifaqının (ECU) təşkilatçılığı ilə 2-9 oktyabr 2022-ci il tarixlərində Avstriyanın Mayrhofen şəhərində klublar arasında Avropa kuboku keçiriləcək.

  Chess.az xəbər verir ki, qitə kubokunda Azərbaycan iki klubla təmsil olunacaq. 37-ci dəfə təşkil edilən kişilərin yarışında ölkəmizin adından “Vüqar Həşimov” komandası yarışacaq. Komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, Ülvü Sadıqov, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Xəzər Babazadə  Anar Allahverdiyev çıxış edəcək. Anar Allahverdiyev həm də komandanın kapitanı olacaq.
  26-cı dəfə təşkil edilən qadınların yarışında isə “Odlar Yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım Balacayeva, Gövhər Beydullayeva mübarizə aparacaq.
Turnir 7 turdan ibarət olacaq. İlk turun oyunları oktyabrın 3-də keçiriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss