SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Nakhchivan 2022": Arkadiy Dvorkoviç olimpiadanın açılışında iştirak edib

Oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib.

  Chess.az xəbər verir ki, açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, FİDE-nin prezidenti Arkadiy Dvorkoviç, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid QayıbovAzərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak ediblər.
    Yarışın rəsmi açılış mərasimində çıxış edən Vasif Talıbov, olimpiadanın bütün iştirakçılarını təbrik edib, olimpiadada iştiraklarına görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, qələbə arzulayıb və 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.
   Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç olimpiadanın təşkilatçılarına təşəkkür edərək olimpiadada oyunların rəqabətli keçəcəyinə, yeni dostluqların yaranacağına əminliyini bildirib.
    Azərbaycan Şahmat Federasiyasının prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov öz çıxışında Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında dövlətin şahmata göstərilən qayğıdan danışıb, muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın məqsədyönlü tədrisini dünya səviyyəsində nümunə kimi dəyərləndirib, şahmatın inkişafı naminə görülən işlərə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıq edib.
    FİDE-nin baş hakimi, o cümlədən olimpiadanın baş hakimi Freyd Loran olimpiadanın qaydaları haqqında məlumat verib. Bildirilib ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 23 ölkədən 200-ə yaxın şahmatçı iştirak edir. İştirakçılar arasında 50 titullu şahmatçının olması yarışların maraqlı keçəcəyindən xəbər verir.
   Sonra olimpiadanın ən yüksək reytinqli şahmatçısı, iranlı Daneşvar Bardiya səhnəyə dəvət olunub və şahmat olimpiadasının püşkü atılıb.
   Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış edib.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss