Bu gün Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası start götürdü.
Chess.az xəbər verir ki, 23 ölkədən 200-dən artıq şahmatçının qatıldığı Naxçıvan Olimpiadasında ölkəmizi altı komanda təmsil edir. Bunlar, Azərbaycan-1, Azərbaycan-2, Azərbaycan-3, Azərbaycan-4, Azərbaycan-Naxçıvan və Azərbaycan-Sumqayıt komandalarıdı.
Artıq olimpiadanın ilk turuna start verilib:
KANADA - AZƏRBAYCAN-1
AZƏRBAYCAN-3 - AZƏRBAYCAN-2
MONQOLUSTAN - AZƏRBAYCAN-SUMQAYIT
AZƏRBAYCAN-4 - QAZAXISTAN
AZƏRBAYCAN-NAXÇIVAN - KUBA