Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası davam edir.
Chess.az xəbər verir ki, bu gün olimpiadanın üçüncü turun oyunları keçiriləcək. Bugünədək keçirilmiş iki oyun günündən sonra, olimpiadada iştirak edən altı komandamızdan ən yaxşı nəticəyə Azərbaycan-1 komandası malikdir. Yığmamız Hindistan, Qazxıstan, Türkiyə, Kuba, Gürcüstan və Özbəkistanın əsas komandaları ilə birlikdə yarışa başçılıq edir.
Üçüncü turun oyunları bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
3-CÜ TUR:
KUBA - AZƏRBAYCAN-1
AZƏRBAYCAN-2 - LATVİYA
CAR-3 - AZƏRBAYCAN-3
AZƏRBAYCAN-4 - MONQOLUSTAN
MOLDOVA - AZƏRBAYCAN-NAXÇIVAN
AZƏRBAYCAN-SUMQAYIT - İNGİLTƏRƏ
2-Cİ TUR:
AZƏRBAYCAN-1 - QIRĞIZISTAN 3:1
ÖZBƏKİSTAN-1 - AZƏRBAYCAN-2 2.5:1.5
ÖZBƏKİSTAN-2 - AZƏRBAYCAN-3 4:0
CAR-2 - AZƏRBAYCAN-4 0.5:3.5
MİSİR - AZƏRBAYCAN-NAXÇIVAN 0.5:3.5
AZƏRBAYCAN-SUMQAYIT - KANADA 2:2
1-Cİ TUR:
KANADA - AZƏRBAYCAN-1 1.5:2.5
AZƏRBAYCAN-3 - AZƏRBAYCAN-2 0.5:3.5
MONQOLUSTAN - AZƏRBAYCAN-SUMQAYIT 4:0
AZƏRBAYCAN-4 - QAZAXISTAN 1:3
AZƏRBAYCAN-NAXÇIVAN - KUBA 1.5:2.5
4-10-2022, 14:16