SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Raufdan daha bir açıqlama: "SSSR-də Karlseni döyərdilər"

Azərbaycan yığma komandasının üzvü Rauf Məmmədovla dünya çempionu Maqnus Karlsen arasında gərginlik davam edir. 

Xatırladaq ki, hadisə cümə axşamı Chess.com şahmat platformasının təşkil etdiyi «Titled Tuseday» onlayn şahmat turniri zamanı baş vermişdi. 10-cu tura vahid lider qismində girən Məmmədov, turnir cədvəlində özünün ən yaxın izləyicisi olan Maqnus Karlsenə  qarşı oynadığı partiyanın ikinci gedişində etiraz əlaməti olaraq oyunu tərk etmişdi. Etiraza səbəb isə, Məmmədovun fikirincə Karlsenin rəqiblərinə qarşı saymazyana yanaşması olub.
Chess.com saytına açıqlamasında Rauf bunları demişdir: «Əgər Nakamura bunu etsəydi, tamam! Ancaq həftəlik turnirdə bunu Maqnus Karlsen edirsə..… «Titled Tuesday»- də yaxşı şahmatçılar yığışır. Onlar bura şahmat oynamaq üçün, bəziləri isə pul qazanmaq üçün gəlir. Və birdən birə 1.e4 g5! Bu gedişdən sonra oynamamaq qərarına gəldim. Əgər sən bura ələ salmaq üçün gəlirsənsə, mən yoxam. Demirəm tam haqlıyam. Amma belə şeylər olan yerdə mən yoxam» 

Bu dəfə Levitov Chess portalına həmin epizodu şərh edən Məmmədov, daha maraqlı açıqlamalarla yadda qaldı:"Təsəvvür edin, MŞK-a (SSSR-in Mərkəzi Şahmat Klub)  gənc Kasparov və ya Karpov gəlir. Onunla üz üzə isə 2650 reytinqə malik olan qrossmeyster əyləşir və o, 1.e4 g5 oynayır?! Döyərlər onu orda! (gülür)" 

"Maqnus niyə belə oynayır? Mənə elə gəlir ki, o özünü sığortalayır. Yani hər hansı bu tipli turnirin qalibi ola bilməsə, hamı düşünsün ki, turnirə məhz belə, qeyri ciddi yanaşdığı üçün qalib ola bilməyib". 

Sözügedən partiyanı tərk etdikdən sonra avtomatik olaraq turnirdən də kənarlaşdırılan Məmmədov, pul mükafatından da məhrum oldu. Yarışdakı qələbə ona 1 000, ikincilik isə 750 dollar qazandıracaqdı. Lakin Rauf bunu da gözə alıb dünya çempionuna etiraz etmək qərarına gəlib:"Mən heç kimə ağıl vermək istəmirəm. Bu mənim baxış nöqtəmdi və mən onu heç kimə aşılamaq istəmirəm. Ancaq 1....g5 kimi gedişi mükafat fondu olan turnirlərdə oynamaq düzgün deyil. Onunla partiyalardan həmişə daha böyük gözləntilər olur, əvəzində isə saymamazlıq görürsən. Mənim onunla heç bir münasibətim yoxdur. Ona sadəcə şahmatçı və Dünya çempionu kimi hörmət edirəm"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss