İtaliyada başa çatmış 20 yaşadək şahmatçılar arasında Dünya çempionatının qalibləri Gövhər Beydullayeva və Abdulla Qədimbəyli vətənə dönüblər.
Şahmatçıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
