SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Niman Karlsendən 100 000 000 $ tələb edir!

Dünya şahmat tarixinin ən böyük məhkəmə prossesinə start verilib.

  Söhbət məlum Karlsen-Niman qalmaqalından gedir. Xatırladaq ki, Xatırladaq ki, avqust ayında ABŞ-ın Sent-Lyuis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin üçüncü turunda, gənc amerikalı şahmatçı Hans Niman dünya çempionu Maqnus Karlsenə heç bir şans verməyərək onu qara fiqurlarla məğlub etmişdi. Partiyadan sonra Karlsen açıqlama verməsə də, sosial şəbəkələrdə etdiyi paylaşımında bu məğlubiyyətində qeyri adi nəyinsə olduğuna işarə vurmuşdu. Maqnus məşhur portuqaliyalı futbol mütəxəssisi Joze Maurinyodan sitat gətirərək: "Danışa bilmərəm, danışsam böyük problemlərim olacaq" ifadəsini işlətmişdir. 
  
Əsl hadisələr elə bundan sonra başladı. Məlum statusdan sonra, dördüncü turda həmyerlimiz Şəhriyar Məmmədyarovla qarşılaşmalı olan Maqnus Karlsen, oyuna çıxmayaraq yarışdan çəkildiyini elan etdi. Elə həmin gün, Maqnusun deyə bilmədiyini daha bir məşhur şahmatçı Hikaru Nakamura deməyə çalışmışdı. 
 Nakamura eyni ölkəni təmsil etmələrinə baxamayaraq, Nimanı əlavə vasitələrdən istifadə etməkdə açıq şəkildə ittiham edib: "Bu haqda danışmağım doğru olmasa da deyəcəm. Nimanın vaxtları olub ki, Chess.com onu çitterliyə görə altı aylıq diskvalifikasiya etmişdir. Həmin oyuna gəlincə, düzdür Maqnus yaxşı oynamırdı, amma mən heç vaxt görməmişdim ki, Karlsen qələbə üçün bir şansı belə olmadan məğlub olsun".  
  
Fikirlərinə davam edən Hikaru Nakamura, Nimanın 13-cü gedişinə də toxundu: "Qəribədir, 13-cü gedişdə əzbər olan Fil e6 (13....Fe6) gedişinə Niman 10 dəqiqədən artıq vaxt sərf edib. 10 şahmatçıdan 9-u bu gedişi avtomatik olaraq edir. Firuzca ilə partiyadan sonra Nimanın studiyaya gəlməyini gözlədim və onun partiya haqqında fikirlərini diqqətlə dinlədim. Bu analiz 2700 reytinqi olan şahmatçının səviyyəsi deyildi".
  
Qeyd edək ki, amerikalı Hans Niman iki il ərzində öz ELO reytinqini 2480-dən 2688-ə çatdıraraq şahmat aləminin diqqətini özünə cəkmişdir. Aşırı diqqətin səbəbi isə, onun "qaranlıq keçmişidir"Niman 12 və 16 yaşında ikən iki dəfə dünyanın ən böyük onlayn şahmat platforması olan Chess.com-dan çitterliyə görə diskvalifikasiya edilmişdir və onun oradakı profili bloklanmışdır. Maraqlısı odur ki, Niman bu faktı heç vaxt danmayıb və belə hadisələrin baş verdiyini təsdiqləyir. Məhz bu kimi amillər şahmatçılar və şahmat ictimaiyyəti Nimanın son iki ildəki inanlmaz çıxışına şübhə ilə yanaşmağa vadar edir. 
  Bir aya yaxındır susan dünya çempionu Maqnus Karlsen da nəhayət sentyabr ayının sonunda susqunluqunu pozaraq məsələ ilə bağlı açıqlama yaymışdır. Yaydığı açıqlamada Karlsen Nimanı açıq şəkildə Nimanı hiylə işlətməkdə ittiham etdi:"Keçmişdə hiyləgərlik edən adamla oynamaq istəmirəm. Çünki gələcəkdə onların nəyə qadir olduqlarını bilmək olmaz. "Sinquefield Cup"-da mən çox ciddi qərar qəbul etdim. Nimanla partiyadan sonra turnirdəki çıxışımı yarımçıq dayandırmaq qərarına gəldim. Bir həftə sonra "Cheampions Chess Tour" onlayn şahmat turnirində cəmi bir gediş edib oyunu tərk etdim. Mən bu hərəkətimlə şahmat ictimaiyyətini üzdüyümü anlayıram. Buna görə üzgünəm. Amma mən şahmat oynamaq istəyirəm. Mən davam etmək istəyirəm, ən yüksək səviyyəli yarışlarda yüksək səviyyədə çıxış etmək istəyirəm. Düşünürəm ki, şahmatda dələduzluq böyük problemdir və bu oyun üçün təhlükədir. Yarış təşkilatçıları da bundan sonra daha diqqətli olmalıdır. Çitterliyə qarşı tədbirlər gücləndirilməlidir. Təşkilatçılar Nimanı son anda yarışa dəvət edəndə mən oynamaqdan imtina etmək istəyirdim. Amma sonra düşünüb yarışda iştirak edəcəyimə qərar verdim. Düşünürəm ki, Niman boynuna aldığından daha çox hiyləgərlik edib. Onun inkişafı qeyri adididr. O mənimlə oyunda gərgin deyildi və hətta oyuna köklənməmişdir də. O məni qara fiqurlarla elə məğlub edirdi ki, sanki bunu bir dəstə qrossmeyster birləşib bir yerdə edirdi. Açıq elan edirəm. Mən Nimanla oynamaq istəmirəm! Ümid edirəm ki, məsələ ilə bağlı bütün həqiqətlər tezliklə ortaya çıxacaq". 
 
Bugünlərdə isə Karlsen tərəfindən ittiham olunan Hans Niman Karlseni ABŞ-ın Missuri ştatının məhkəməsinə verib. Şərəf və ləyaqətinin qorunması iddiasını qaldıran Niman, Karlsendən onu açıq şəkildə hiyləgərlikdə ittiham etdiyinə görə 100 000 000 dollar məbləğində təzminad tələb edir. Düzdür, çoxları 19 yaşlı amerikalını hiylə işlətməsinə inansa da, buna Karlsen də daxil olmaqla heç kimin sübutu yoxdur. Məhz bu amil Karlseni naraht etməyə bilməz. Yeganə sübut, Chess.com saytının təqdim etdiyi hesabatdır. O da ki, onlayn şahmata aiddir. Qeyd edək ki, hesabatda Nimanın müxtəlif vaxtlarda 100-də artıq onlayn partiyada hiylə işlətdiyi qeyd olunur. 
Niman məhkəməyə təqdim etdiyi 44 səhifəlik iddiasını belə şərh edib :"Mənim iddiam özü hər şeyi deyir. 19 yaşım var və Karlsenin bu yersiz iddasına görə karyeram demək olar ki, məhv olub". скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss