Şahmat üzrə 12-ci dünya çempionu və Rusiya Dövlət Dumasının deputatı olan Anatoli Karpov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Chess.az xəbər verir ki, dünən işdən çıxarkən, parlamentin binasında huşunu itirən 71 yaşlı qrossmeyster yıxılaraq ciddi xəsarət aldığı bildirilir. Təcili olaraq xəstəxanaya çatdırılan Karpov hazırda neyrokritik müalicə şöbəsindədir. Ona kəllə-beyin travması və bud sümüyünün sınığı diaqnozu qoyulub.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır.
