Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsen rəsmi olaraq növbəti final matçını oynamaqdan imtina edib.
Chess.az xəbər verir ki, bu haqda məlumatı FİDE-nin mətbuat xidməti yayıb. Ali şahmat qurumundan verilən məlumata görə, artıq İddiaçılar turnirində ikinci olmuş çinli Dinq Lirenə rəsmi dəvət də göndərilib:"Hazırki dünya çempiou Maqnus Karlsen 2023-cü ildə keçirilməsi nəzərdə tutulan Yan Nepomnyaşiy ilə dünya çempionu adı uğrunda final matçında iştirak etməkdən rəsmi olaraq imtian edib. Karlsen FİDE-yə yazılı müraciət edib və onun imtinası qəbul olunub. Artıq İddiaçılar turnirində ikinci yeri tutmuş qrossmeyster Dinq Lirenə final matçında iştirak etmək üçün dəvət göndərilib".
