SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Meltwater Chess Tour": Sırada Dudadır (CANLI)

Maqnus Karlsenin təşkil etdiyi və artıq üçüncü mövsümdür ki, uğurla davam edən “Meltwater Chess Tour" onlayn şahmat super seriyasının final mərhələsinə start verilib.

CANLI

Chess.az xəbər verir ki, səkkiz mərhələnin nəticələrinə uyğun olaraq, seriyanın ən güclü səkkiz şahmatçısı final mərhələsinə vəsiqə qazanıblar. Sevindirici haldır ki, final mərhələsində Azərbaycanın da təmsilçisi var. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov seriya ərzində göstərdiyi uğurlu nəticələr sayəsində final mərhələsində çıxış edənlər arasındadı. Məmmədyarovdan başqa, seriyanın final mərhələsində, dünya çempionu Maqnus Karlsen, Hindistan şahmatçıları PraqanandxaaArcun Eriqaisi, niderlandlı Aniş Giri, ABŞ şahmatçısı Vesli So, polyak Yan-Kşıştof Duda və vyetnamlı Le Quanq Liem çıxış edirlər.
 Dairəvi sistem üzrə oynanılan final mərhələsinin artıq ilk turu başa çatdı. Təmsilçimiz Şəhriyar Məmmədyarov ilk turda Praqanandxaanı 2.5:1.5 hesabı ilə məğlub edib. Məmmədyarovun ikinci turdakı rəqibi isə, polyak Yan-Kşıştof Dudadır. Oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayır. 

Yarış noyabrın 21-dək davam edəcək.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss