Dekabrın 2-dən 4-dək Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında, şahmatın rapid və blitz növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatları keçiriləcək.
Ölkə birinciliyinin keçirilməsinə əsas məqsəd, 25-30 dekabr 2022-ci il tarixlərində Qazaxıstanda təşkil olunacaq Rapid və Blits üzrə dünya çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsidir.
Qadınların çempionatında beynəlxalq reytinqi (klassik, rapid və ya blits) 2100-dən yuxarı, kişilərin yarışında isə əmsalı (klassik,rapid,blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər. Turniri qalibləri rapid və blitz yarışlarının cəminə uyğun olaraq müəyyənləşəcək.
Qeyd edək ki, hər iki turnirin ümumi mükafat fondu 8 000 manat təşkil edəcək.
