SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÇ 2022: Yığmamız 1/4 finalın bir addımlığında (CANLI)

Kişilərdən ibarət yığma komandamız İsraildə keçirilən komandalar arasında dünya çempionatında çıxışını davam etdirir.

CANLI



  Chess.az xəbər verir ki, ilk yarış günündə "millinin" qazandığı iki qələbənin ardından, ikinci yarış günü Azərbaycan üçün o qədər də uğurlu alınmadı. Yığmamız əvvəlcə Hindistan yığmasına məğlub olub 1.5:2.5, günün ikinci qarşılaşmasında isə Polşa yığmasının müqavimətini qıra bilməyib 2:2. Qrupda alınan nəticələrə uyğun olaraq yığmamız ikinci pilləyə enib. Bu gün keçiriləcək son tur öncəsi, qrupumuzda yalnız Özbəkistan yığması pley-ofa vəsiqəni təmin edib. İkinci olan yığmamız bu gün meydan sahibi İsrail yığması ilə üz üzə gələcək. Bu qarşılaşmada heç-heçə və hətta bəzi hallarda məğlubiyyət, komandamızı 1/4 finala daşıyacaq. 

 
 Qeyd edək ki, turnirin ən böyük sensasiyası da məhz millimizin çıxış etdiyi qrupda qeydə alınıb. Yarışın əsas favoritlərindən biri hesab olunan ABŞ yığması, dörd turdan sonra aktivində cəmi iki xalla qrup sonuncusudur və amerikalıların qrupdan çıxmaq şansaları olduqca azdır. 

 "A" qrupuna gəlincə, orada artıq üç komanda pley ofa vəsiqəni təmin etdi. Çin, Ukrayna Fransa yığmaları artıq 1/4 finaldadılar. Qaldı son vəsiqə. Bu vəsiqəyə  İspaniya daha şanslı görünsə də, Niderlandın teoritik də olsa pley off şansı qalır.

Qrup mərhələsinin sonuncu turu bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

Turnir cədvəli:

"A" qrupu:
1.Çin - 8 xal, 2-3.Fransa, Ukrayna - 5 xal, 4.İspaniya - 4 xal, 5.Niderland - 2 xal, 6.CAR - 0 xal.  

"B" qrupu:
1.Özbəkistan - 6 xal, 2.Azərbaycan - 5 xal, 3-4.İsrail, Hindistan - 4 xal, 5. Polşa - 3 xal, 6.ABŞ - 2 xal.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss