SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vuqar Həşimov 2022"-də jurnalistlər də mübarizə aparacaq. Qeydiyyat başladı

Dekabrın 17-dən 24-dək Bakıda mərhum qrossmeysterimiz, yığmamızın heyətində Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri təşkil olunacaq.

 Superturnir çərçivəsində ilk dəfədir ki, şahmat ulduzları ilə paralel media nümayəndələri arasında şahmat yarışı da keçiriləcək.
“Vugar Gashimov Memorial-2022”nin “Sponsor gününə” - dekabrın 21-nə təsadüf edəcək yarış Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunacaq. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək.
Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.
Turnirdə iştirak etmək istəyənlər dekabrın 20-si saat 12:00-dək sakh.quliyev@gmail.com e-mail ünvanına ad, soyad və təmsil etdikləri qurumu göndərə bilərlər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss