SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionatına start verildi (CANLI)

Bu gün Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında, şahmatın rapid və blitz növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarına start verildi.

CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

  Chess.az xəbər verir ki, çempionatda ümumilikdə 36 şahmatçı iştirak edir. Onlardan 22-i kişilərin, 14-ü isə qadınların turnirində qüvvəsini sınayacaq.
  Ölkə birinciliyinin keçirilməsinə əsas məqsəd, 25-30 dekabr 2022-ci il tarixlərində Qazaxıstanda təşkil olunacaq Rapid və Blits üzrə dünya çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsidir.
  Yarışda Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, bu il 20 yaşadək şahmatçılar arasında dünya çempionu adının qazanmış Abdulla QədimbəyliGövhər Beydullayeva kimi ölkənin aparıcı şahmatçıları iştirak edirlər.
  İki gün davam edəcək doqquz turluq rapid yarışından sonra, şahmatçılar daha bir gün Blitz oynayacaq və sonda iki turnirin nəticələrinə uyğun olaraq Azərbaycan çempionlarının adları müəyyən olunacaq. 
Qeyd edək ki, hər iki turnirin ümumi mükafat fondu 8 000 manat təşkil edəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss