SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf və Ləman rapiddə hamıdan güclü oldular

Kişilər və qadınlar arasında Azərbaycan çempionatında rapid yarışının qalibləri müəyyənləşib.

  Kişilərin yarışında dəfələrlə ölkə və Avropa çempionatlarının qalibi və mükafatçısı olmuş Rauf Məmmədov, 9 turdan 7 xal toplayaraq, əlavə göstəricilərə görə fəxri kürsünün ən yüksək pilləsində qalxıb. Onunla eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü yerləri tutublar.
 Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib olub. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Üçüncü yeri isə Ülviyyə Fətəliyeva qazanıb.
 Şahmatçılarımız Azərbaycan çempionatında blits yarışında isə mübarizəni davam etdirirlər.
Qeyd edək ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss