SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əslən Gəncəli olan şahmatçı, Böyük Britaniya çempionu oldu!

Ötən həftə başa çatmış şahmatın blitz növü üzrə Böyük Britaniyanın açıq çempionatı maraqlı nəticələrlə yadda qaldı.

   Chess.az xəbər verir ki, yarışın qalibi əslən azərbaycanlı olan Elmira Mirzoyeva oldu. Əvvəllər Rusiyada yaşayan və bu ölkənin bayrağı altında çıxış edən Mirzoyeva, hazırda Britaniyada yaşayır və FİDE-nin bayrağı altında çıxış edir. Şahmatçı olmaqla yanaşı aktiv jurnalist fəaliyyəti ilə məşqul olan Elmira Mirzoyeva 1981-ci ildə Moskva şəhərində anadan olub. Onu valideynləri isə Azərbaycanın Gəncə şəhərində anadan olublar.
 Yarışda qeydə alınan ən maraqlı hadisə isə ikinci yerlə bağlı oldu. Belə ki, kifayət qədər güclü şahmatçıların iştirak etdiyi turnirdə Bodhana Sivanandan ikinci yeri tutaraq, Britaniyanı təmsil edən şahmatçılar arasında birinci oldu. Bu uğuru ona ölkə çempionu qazanmış ən gənc şahmatçı olmaqda kömək etdi. Qeyd edək ki, Bodhananın cəmi 7 yaşı var. Onun bu uğuru Ginessin rekordlar kitabına daxil ediləcəyi gözlənilir. İndiyədək heç bir şahmatçı yeddi yaşında ikən öz ölkəsində böyüklər arasında çempion olmamışdır. Onu da qeyd edək ki, əslən hindistanlı olan Sivanandan, 2022-ci ildə U-8 yaş kateqoriyasında Blitz və Rapid üzrə dünya çempionu adlarını da qazanıb.  

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss