SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Sumqayıt" FK şahmat dərslərinə başladı

“Sumqayıt” Futbol Klubu və “Məmmədyarovlar” Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Kapital Bank Arena”da akademiyanın məşqçi və futbolçu heyəti arasında (U-10-dan U-19-dək) şahmat turniri keçirilib.
  Növbəti aylar ərzində ənənəvi keçirilməsi planlaşdırılan ilk yarış günündə akademiyanın 18 üzvü iştirak edib. Turnirin keçirilməsində əsas məqsəd, futbolla şahmatın vəhdətini təşkil etməklə yanaşı gənc futbolçuların taktiki düşüncələrini inkişaf etdirməyə zəmin yaratmaqdır.
  Yarışı “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, əsas komandanın baş məşqçisi Samir Abasov da izləyib. Sonda “Məmmədyarovlar” Şahmat Məktəbinin rəhbəri, qrossmeyster Zeynəb Məmmədyarovaya klubun simvolik firması hədiyyə edilib.
 Qeyd edək ki, “Sumqayıt” FK ilə “Məmmədyarovlar” Şahmat Məktəbi arasında əməkdaşlığa əsasən, həftənin müəyyən günlərində akademiyamızın gənc futbolçularına xüsusi olaraq şahmat dərsləri keçiriləcək.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss