SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan təmsilçisi 503-cü yer tutdu!!!

Polşanın Katovitse şəhərində Azərbaycanın naməlum səbəblərdən iştirak etmədiyi Rapid və Blitz üzrə Avropa çempionatları başa çatdı. 
   Chess.az xəbər verir ki, 37 ölkədən 910 şahmatçının qatıldığı qitə birinciliyi həm kişilər həm də qadınlar arasında keçirilmişdir. Kişilərin Rapid yarışında qələbəni ispan Xayme Latasa Santos bayram etdi. Çexiyalı David Navara ikinci, almaniyalı Daniel Fridman isə üçüncü oldular. Qadınların Rapid turnirində isə, polşalı Aleksandra Maltevskaya hamıdan güclü olaraq Avropa çempiou adını qazandı. FİDE bayrağı altında çıxış etmiş rus Aleksandra Kostenyuk qitə birinciliyini gümüş, başqa bir Polşa şahmatçısı Yolanta Zavadska isə bürünc medallarla başa vurdular.

  Blitz turnirlərə gəlincə, burada kişilərin yarışıda çexiyalı David Navara qələbə qazandı. Meydan sahibi, polyak Matey Klekovsiy ikinci, erməni Şant Sarqsyan isə üçüncü oldular. Qadınların turnirinə isə FİDE bayrağı altında çıxış edən Aleksandra Kostenyuk qızıl, polşalı Aleksandra Maltsevskaya gümüş, Bolqarıstan təmsilçisi Antonaeta Stefanova isə bürünc medalların sahibi olmuşdular. 
  AÇ-da demək olar ki, təmsil olunmayan Azərbaycana gəlincə (əslində AÇ-da ölkəmiz bir şahmatçı ilə təmsil olunub. Bu 1775 ELO reytinqə malik olan 21 yaşlı şahmatçımız Rüfət Nəsibovdur. Lakin, bizdə olan məluata görə Nəsibov Avropa çempionatına Azərbaycan Şahmat Federasiyası tərəfindən gönərilməyib), Polşada yeganə təmsilçimiz olan Rüfət Nəsibov Rapid turnirində 560-cı (!!!), Blitz turnirində isə 503-cü (!!!) yeri tutub.  
   Avropanın aparıcı şahmat ölkələrindən biri hesab olunan Azərbaycanın belə bir mötəbər yarışda təmsil olunmaması təəsüf hissi doğurur. Hər halda sözügedən yarış hansısa Open və ya Memoreal deyil. Bu Avropa Şahmat İttifaqının təşkil etdiyi rəsmi Avropa çempionatı idi. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss