SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

2023-cü ilin ilk ayrılığı

Rusiyalı şahmatçı Aleksandra Kostenyukun bundan sonra İsveçrə bayrağı altnıda çıxış edəcəyi haqqında xəbərlər yayılır. 

  Chess.az xəbər verir ki, bu barədə İsveçrə Şahmat Federasiyasının nümayəndəsi Petr Erisman məlumat yayıb. Məlumatda deyilir ki, Kostenyuk 2024-cü ildən başlayaraq bu ölkəni təmsil edəcək.
  Əslində Kostenyuk daha da tez ölkəsini dəyişə bilərdi. Sadəcə olaraq, buna görə şahmatçı Rusiya Şahmat Federasiyasına 10 000 avro məbləğində təzminat ödəməlidir. Görünən odur ki, məbləq böyük olmasa da, Kostenyuk RŞF-yə kiçik də olsa xeyir vermək istəmir və buna görə bir il gözləməyə hazırdır.
  Qadınlar arasında 12-ci dünya çempionu, rapid və blitz üzrə də dünyanın ən güclüsü olmuş və bundan əlavə Rusiya yığmasının heyətində üçqat Olimpiya çempionu adını qazannmış Aleksandra Kostenyuk, dünyanın ən güclü qadın şahmatçılarından biri hesab olunur. O, 18 yaşında ikən İsveçrədən olan iş adamı ilə evlənərk bu ölkənin vətəndaşı olmuşdur. Bir neçə il sonra boşanan Kostenyuk, sözügedən ölkənin vətəndaşlığından imtina etməyib. Onu da qeyd edək ki, 2022-ci ilin martında yayılan Rusiyanın Ukraynaya qarşı apardığı aqressiyanı pisləyən açıq məktubda Kostenyukun da imzası olmuşdur.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss