SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vadim Malaxatko Rəcəbovu tənqid etdi

Belçika bayrağı altında çıxış edən əslən ukraynalı şahmatçı Vadim Malaxatko, həmyerlimiz Teymur Rəcəbovu sərt şəkildə tənqid edib.

Chess.az xəbər verir ki, söhbət yanvarın 24-də Moskvada  start götürəcək “ChessStars 2023” rapid və blitz turnirinin  iştirakçılarından gedir. 

 Qeyd edək ki, həmin turnirdə  Teymur Rəcəbovla yanaşı rusiyalılar Aleksandr Qrişyuk, Vladislav Artemyev, Sənan Syuqirov, Katerina Laqno, Aleksandra Qoryaçkina, Qazaxıstan təmsilçisi Bibisara Assaubayeva, ispan Valeho Pons, hindistanlı Sadvami Raunak və ən əsası, əvəllər Ukrayna bayrağı altında çıxış etmiş, daha sonra isə Rusiyaya köçən və həmin ölkənin vətəndaşlığını alan Sergey Karyakin iştirak edəcəklər. 

   Ukraynalı Malaxatko məhz Karyakinə görə bu turnirdə onunla yanaşı çıxış edəcək şahmatçıları tənqid atəşinə tutub : "Bu gün Rusiyanın əsas propaqandisti olan və Ukrayna xalqına qarşı törədilən cinayətləri dəstəkləyən Sergey Karyakinin iştirakı ilə növbəti Z-turnirin anonsunu gördüm. Sevindirici haldır ki, turnirdə iştirak edəcək şahmatçıların siyahısı demək olar ki, dəyişmir. Yani hətta böyük mükafat fondu ilə belə bura başqa şahmatçıları cəlb etmək mümkün olmadı. Heç bir şahmatçı hətta böyük pul qarşılığında Karyakin kimi yaramazla əl sıxışıb özünü ləkələmək istəmədi. Onunla daimi bir yerdə olan şahmatçılar isə artıq çoxdandır ki, mənəvi dəyərlərini itirmiş insanlardı".

Qeyd edək ki, Ukraynanın Simferopol şəhərində anadan olan Sergey Karyakin, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları açıq şəkildə dəstəkləyir və tənqidlərlə diskvalifikasiyalara baxmayaraq buna davam edir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss