SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yeni dünya çempionun adı Qazaxıstanda bilinəcək

Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2023-cü ilin aprelin 7-dən mayın 1-dək  Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. 

  Bu barədə məlumat FİDE-nin rəsmi saytında verilib. Astanada FİDE bayrağı altında çıxış edən rus Yan Nepomnyaşiy ilə çinli Dinq Liren üz-üzə gələcəklər.

  Xatırladaq ki, Dinq Lirenin yerinə finalda hazırki çempion Maqnus Karlsen çıxış etməli idi, lakin o ötən il final oynamaqdan rəsmi şəkildə imtina etmişdi və Beynəlxalq şahmat federasiyası onun yerinə "İddiçılar turnirində"  ikinci olmuş Dinq Lireni Nepomnyaşiyə rəqib təyin edilməsi barədə qərar qəbul etmişdir. 

  "Şahmat tacı" uğrunda final qarşılaşmasının baş sponsoru "Nasdag Freedom Holding" olacaq. Final matçının ümumi mükafat fondu isə 2 000 000 avro təşkil edəcək. Çempion bu məbləğin 60%-ni, finalda məğlub olan tərəf isə 40%-ni qazanacaq. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss