SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Finalın adı: Əsədli - Durarbəyli (CANLI)

Sabah AŞF-nın mənzil gərargahında şahmat üzrə kişilər arasında yubiley, 30-cu Azərbaycan çempionatının final və bürünc medal uğrunda matçlara start veriləcək.

CANLI


   Chess.az xəbər verir ki, final qarşılaşmasında yarımfinal mərhələsini bir nəfəsə adlayan Vüqar Əsədli ilə, ardıcıl iki ildir finala qədər yüksələn və bu finalların birində qalib gələn Vasif Durarbəyli üz-üzə gələcəklər. 3-4-cü yerlər uğrunda matçda isə Məhəmməd Muradlı ilə Eltac Səfərli qarşılaşacaqlar. 
 

   Qeyd edək ki, matçlar iki oyundan ibarət olacaq. Əgər matçda bərabərik qeydə alınarsa, qalibi müəyyən etmək üçün iki Rapid partiya oynanılacaq (15 dəqiqə+hər gedişə 10 saniyə). Bu partiyalar da qalibi müəyyən etməsə, iki Blitz partiya (3 dəqiqə+ hər gedişə 2 saniyə), burada da bərabərlik qeydə alınarsa, tərəflər arasında Armagedon oynanılacaq.


 Qarşılaşmalara sabah Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss