Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qardaş Türkiyə Şahmat Federasiyasına məktub ünvanlayıb.
Qardaş Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulaya ünvanlanan məktubda Türkiyədə baş verən zəlzələdə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verilib. Məktubda qardaş ölkədə baş verən zəlzələnin nəticələrinin Azərbaycanı sarsıtdığı bildirilib. Azərbaycan şahmat ailəsi yaralılara tezliklə şəfa tapmağı arzulayıb.
