Dünən Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatının dördüncü turun oyunları keçirildi.
CANLI
Sevindirici haldır ki, cari tur da təmsilçilərimiz üçün uğurlu alındı. Xüsusilə də təcrübəli qrossmeysterimiz Eltac Səfərli üçün. Eltac keçirdiyi dördüncü görüşünü də qələbə ilə başa vuraraq, 100 %-lik nəticə ilə Avropa çempionatında liderliyini davam etdirdi.
Çempionatda mübarizə aparan digər 18 şahmatçıdan ən yaxşı nəticələrə Nicat Abbasov (21-ci yer), Vüqar Əsədli (44-cü yer), Aydın Süleymanlı (54-cü yer), Ülvi Sadıqov (55-ci yer), Namiq Quliyev (63-cü yer), Vüqar Rəsulov (79-cu yer), Misrətdin İsgəndərov (81-ci yer), Xaqan Əhməd (82-ci yer), Xəzər Babazadə (88-ci yer) və Read Səmədov (93-cü yer) malikdirlər. Digər şahmatçılarımız isə ilk yüzlükdən kənarda qərarlaşıblar.

7-03-2023, 11:12