Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı davam edir.
CANLI
Təəsüf ki, ilk beş turdan sonra liderlər qrupunda yer alan təcrübəli qrossmeysterimiz Eltac Səfərli altıncı turda məğlub oldu. Eltac Yunanıstan şahmatçısı Kaurkolus-Arditislə qarşılaşmada gözləniləmədən məğlub olaraq liderlər qrupundan biraz aralı düşdü. Səfərli hal-hazırda 4.5 xalla 22-ci pillədə qərarlaşıb.
Çempionatda mübarizə aparan digər 18 şahmatçıdan ən yaxşı nəticəyə isə hələ ki, Nicat Abbasov malikdir. Nicat xallarının sayını 5-ə çatdırmaqla hal-hazırda turnir cədvəlinin 3-10-cu pillələri bölüşür. Digər şahmatçılarımızdan Vüqar Əsədli 39-cu, Misrətdin İsgəndərov 41-ci, Ülvi Sadıqov 47-ci, Aydın Süleymanlı və Vüqar Manafov müvafiq olaraq 61 və 62-ci, Xəzər Babazadə 86-cı, Namiq Quliyev 87-ci, Xaqan Əhməd 90-cı, Əhməd Əhmədzadə 117-ci, Abdulla Qədimbəyli 124-cü, Ülviyyə Fətəliyeva 137-ci, Vüqar Rəsulov 138-ci, Read Səmədov 192-ci, Məhəmməd Muradlı 225-ci, Elmar Atakişiyev 300-cü, Şahin Vəliyev 338-ci, Nail Bəşirli isə 425-cipillələrdə qərarlaşıblar.
Bu gün Bakı vaxtı ilə saat 18:15-də Avropa çempionatının yeddinci turuna start veriləcək.

9-03-2023, 11:18