SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakı daha bir mötəbər turnirə ev sahiblik edəcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə, Bakıda “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

  Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir "Baku Crystal Hall" - da keçiriləcək .

  Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A,B və C) mübarizə aparacaqkar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə oynanılacaq və doqquz turdan ibarət olacaq.

  Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.

  Qeyd edək ki, "Baku Open 2023" turniri bu il paytaxtımızda oynanılacaq ikinci böyük şahmat yarışı olacaq. İlin ən böyük şahmat hadisəsi isə, sössüz ki, bu ilin yayında Bakıda keçirilməsi nəzərdə tutlan şahmat üzrə Dünya Kubokudur
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss