SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri 2023" : Çinin qadın şahmatına hegemonluğu davam edir

Bu gün Çinin Çunsin şəhərində qadınlar arasında "İddiaçılar turniri"-nin final matçının həlledici partiyası oynanıldı.

  Finala vəsiqə qazanmış iki çinli şahmatçı Ley Tinqji Tan Çunyi arasında keçirilən final qarşılaşması Leyin inamlı qələbəsi ilə nəticələndi. Məhz bu qələbə sayəsində ümumi hesabda 3.5:1.5 hesabı ilə önə keçən Ley Tinqji "İddiaçılar turni"-nin qalibi adını qazandı.

   İndi Ley Tinqjini Dünya çempionu adı uğrunda həlledici matçda daha bir həmyerlisi, hazırki çempion Yu Venyunla mübarizə gözləyir. Dünya çempionu adı uğrunda final matçı bu ilin iyulun 3-dən 25-dək Çində oynanılacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss