Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada çox maraqlı bir şahmat matçı oynanılacaq.
Chess.az xəbər verir ki, şahmatın Blitz növü üzrə oynanılacaq matçda Qazaxıstan yığması ilə Dünya yığması üz üzə gələcək. Qeyd edək ki, bu matç aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda final matçına həsr olunacaq və daha çox şou harakterini daşıyacaq.
Dünya yığmasına, çoxdandır taxta arxasında görünməyən planetin ən güclü qadın şahmatçısı olan çinli Xu Yufan başçılıq edəcək. Bundan əlavə həmyerlimiz Günay Məmmədzadə də Dünya yığmasının heyətində yer alacaq.
Dünya yığmasının heyəti:
GM Xy Yifan (Çin, 2618)
GM Nana Dzaqnidze (Gürcüstan, 2462)
GM Harika Dronavalli (Hindistan, 2447)
İ.M.Günay Məmmədzadə (Azərbaycan, 2348)
U20 IM Nurgül Səlimov (Bolqarıstan, 2347)
U18 WIM Savitha Shri (Hindistan, 2281)
U16 WIM Zsoka Gaal (Macarıstan, 2187)
U14 WFM Əfruzə Xamdamova (Özbəkistan, 2135)
Komandanın kapitanı: WGM Dana Reizniece-Ozola, (FİDE-nin İdarə Heyətinin sədr müavini)
Qazaxıstan yığmasının heyəti:
GM Jansaya Abdumalik (2454)
IM Dinara Saduakassova (2402)
IM Bibisara Assaubayeva (2359)
WIM Meruert Kamalidenova (2273)
U20 WIM Liya Kurmanqaliyeva (2152)
U18 FM Kseniya Balabaeva (2111)
U16 WIM Alua Nurmanova (2193)
U14 WFM Zarina Nurqaliyeva (2070)
Komandanın kapitanı: WGM Gulmira Dauletova (Qazaxıstan Şahmat Federasiyasının icraçı direktoru).