SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmatda Çin əsri başlayır !?

Aprelin sonunda dünya şahmatında yeni əsr - Çin əsri başlaya bilər. 

   Çinlilər buna çatmaq üçün çox çətin və uzun bir yol qət edib. Uzun illərdi Çində dövlətin də güclü dəstəyi ilə başlayan şahmatın inkişafı məntiqi sonluqa yaxınlaşmaq üzrədir. Bunun üçün yalnız bir və vacib qələbəyə ehtiyac var. Söhbət Dinq Lirenin Astanada keçiriləcək dünya çempionu adı uğrunda final qarşılaşmasında Yan Nepomnaşiy üzərində qələbəsindən gedir. 

   Bəli, Şahmat Tacı-nı Çinə gətirib, bu idman növündə yeni bir tarixi dövrə qədəm qoymaq üçün Liren olduqca çətin qarşılaşmada Dünya Çempionu adını qazanmalıdır.  Əgər bu baş verərsə, Çin SSSR-nin əldə etdiyi tarixi uğuru təkrarlamış olacaq ilk ölkə kimi dünya şahmat tarixinə düşəcək. Qeyd edək ki, indiyə qədər yalnız SSSR-i şahmatçıları ötən əsrin 50-ci - 90-cı illərdə həm kişi həm də qadın şahmatında hegemonluq edib. Onlardan başqa heç bir ölkənin şahmatçıları bu uğuru qazana bilməmişdir.   

  Əslində qadın şahmatında artıq Çin əsri başlayıb. Planetin ən güclü qadın şahmatçısı olan Xu Yifanın 2017-cı ildə qazandığı üçüncü çempionluğundan sonra, çinlilər qadın şahmatında zəbt etdikləri zirvəni heç kimə əldən vermirlər. Yıfanın ardınca 2018-ci ildə Tan Tinqji, 2019-cu ildə isə Yu Venyun Dünya çempionu adına yiyələnərək Tacı Çində saxlamağı bacarıblar.  Növbəti belə final isə bu ilin iyul ayında keçiriləcək. V
ə finalda yenə də iki çinli şahmatçı üz-üzə gələcək (Tan Tinqji-Yu Venyun). Bu isə o deməkdir ki, növbəti iki ildə də qadınların ən güclü qadın şahmatçısı Çini təmsil edəcək.

  Çinli qadın şahmatçıların bu hegemonluğu fonunda, kişi şahmatında da zirvəni ələ keçirməyə tarixi imkan yaranıb. 10 ildir ki, dünya çempionu titulunu özündə saxlayan və o titulu əldən verməsi olduqca çətin, hətta mümkünsüz kimi görünən norveçli Maqnus Karlsen gözlənilmədən növbəti final matçına çıxmaqdan imtina etdi və FİDE ikinci finalçı kimi Çinin ən güclü şahmatçısı olan Dinq Lirenin finala və arzuolunan titula yolunu açdı (İddiaçılar turnirində ikinci yer tutduğyna görə). 


   Dünya çempionu adı uğrunda həlledici qarşılaşma aprelin 9-da Qazaxıstanın paytaxtı Astanada start götürəcək. 14 klassik partiyadan ibarət olacaq matç bərabərə bitərsə tay-brek oynanılacaq. Bir sözlə ən geci aprelin 30-dək dünya yeni, 17-ci dünya çempionun adını eşidəcək. Lirenin finaldaki rəqibi çox güclüdür və hazırda karyersının pik nöqtəsini yaşayır. Lakin bu amillər illərdir ki, addım addım bu uğura gedən çinli şahmatçını dayandıracağı inandırıc görünmür. Hətta statistika Nepomnyaşiyin xeyrinə olsa belə.
  
     Belə ki, şahmatçıların indiyə qədərə oynadığı 14 klassik partiyanın üçü Nepomnyaşiyin qələbəsi ilə nəticələnib. Dinq Liren rəqibinə iki dəfə qalib gəlməyi bacarıb. Doqquz qarşılaşma isə bərabərliklə nəticələnib. 

   Sirr deyil ki, Dinq Liren bu matça çox güclü hazırlaşır. Onun bu matça tam hazır olması üçün Çin dövləti də əlində olan bütün gücünü səfərbər edib. Bir sözlə bütün ölkə Dinq Lirenin qələbəsinə köklənib.
 
   Bəs Dinq Lireni favorit edən əsas amil nədir? Sössüz ki, bu idman növündə idmançıların psixoloji durumu olduqca böyük önəm daşıyır. Dinq rəqibindən fərqli olaraq son bir ildə turnirlərdə çox az çıxış edir. Bu onun məhz bütün gücünü finala saxladığını göstəricisidir. Bundan əlavə Lirenin rəqibi olan Nepomnyaşiyin ölkəsi (Rusiya) hazırda Ukrayna ilə müharibə içərsindədir. Müxtəlif sanksiyalar, ölkədəki qeyri-sabitlik və Yanın hətta finala öz bayrağı altında çıxmaqdan belə məhrum olması, sössüz ki, rus şahmatçıya əlavə psixoloji təsir göstərəcək.

   Amma istənilən halda hər şey Astanada, taxta arxasında bəlli olacaq. Dünya şahmatında Çin əsrinin başlayıb başlamayacağına isə aprelin 30-da aydınlıq gələcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss