SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

D.Dubov: "Belə bir final adama qəribə gəlir"

2018-ci ildə şahmatın Rapid növü üzrə dünya çempionu adını qazanmış rus şahmatçı Daniil Dubov, Qazaxıstanda Yan Nepomnyaşiy ilə Dinq Liren arasında davam edən şahmat tacı uğrunda final matçını şərh edib.

  Dubov açıqlamasında finalçıları keyfiyətsiz oyun göstərməkdə ittiham edib : "Karlsenin bu qədər finallarından sonra, belə bir final adama qəribə gəlir. Şahmatçılar iki gündən artıq məğlubiyyətsiz keçinə bilmirlər. İki partiyadan bir, tərəflərdən biri məğlub olur.  Təbii ki, tamaşaçılara belə məhsuldar matç maraqlıdır. Həyacan var,  qələbələr var. Ancaq peşakarlar üçün belə final absurd kimi görünür. Prinsipcə şahmat heç-heçələr oyunudur. Normalda peşaskar şahmatçıların oynadığı klasik  partiyaların böyük əksəriyəti bərabərliklə bitməlidir. Xüsusilə də belə bir məsuliyyətli matçda. Amma biz nə görürük? İki oyundan bir tərəflərdən biri qələbə qazanır. Bu isə heç də onların mükəmməl oynamaqlarından xəbər vermir. Əgər belə bir matçda şahmatçılar mükəmməl oynasa, 12 partiyadan maksimum biri, ikisi məhsuldar olar. Amma belə bir önəmli matçda, belə qeyri adi məhsuldarlıq oyun keyfiyətinin aşağı olmasından xəbər verir".


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss